Xidmətlər

Bir klinikada bütün müayinə və müalicə mərhələləri. Kardiologiya, daxili xəstəliklər və ozonoterapiya.

Daxili Xəstəliklər

1. Ümumi Terapevtik Müayinə və Müalicə

Daxili xəstəliklərin diaqnostikası və idarə olunması ürək sağlamlığının təməlidir. Ürək təcrid olunmuş orqan deyil, bütün orqan sistemləri ilə əlaqədədir. Anemiya, qalxanabənzər vəz pozğunluqları, qaraciyər və böyrək patologiyaları, vitamin və mineral çatışmazlıqları ürəyə birbaşa təsir edir.

Bu Xidmət Kimə Lazımdır

  • Səbəbsiz yorğunluq, halsızlıq və gücsüzlük yaşayanlar.
  • Tez-tez baş ağrıları, baş gicəllənmə və ya ürəkbulanma şikayəti olanlar.
  • Anemiya və dəmir çatışmazlığı şübhəsi olanlar.
  • Qalxanabənzər vəz disfunksiyası şübhəsi olanlar.
  • Xroniki xəstəlikləri olanlar (diabet, hipertoniya, böyrək, qaraciyər).
  • Mövsümi allergiyalar və xroniki rinitlərlə mübarizə aparanlar.
  • COVID-19 sonrası uzanmış simptomları olanlar.
  • İllik profilaktik check-up keçmək istəyənlər.

Müayinə Çərçivəsi

Hər müayinə şikayətlərin ətraflı toplanması və klinik müayinə ilə başlayır. Sonra lazımi laborator analizlər təyin olunur: qanın ümumi analizi, biokimyəvi göstəricilər, hormonal panel, D-dimer, dəmir, ferritin, B12, D vitamini və digərləri. Diaqnoz qoyulduqdan sonra fərdi müalicə planı hazırlanır və düzgün dərman qəbulu qaydaları izah edilir.

Vacib məqam: Online konsultasiya tibbi yanlış anlamalara və natamam müalicəyə səbəb ola bilər. Dəqiq diaqnoz yalnız fərdi müayinə əsasında qoyulur.

Tez-Tez Qaçırılan Diaqnozlar

  • Anemiya. Solğun dəri, dırnaqlarda dəyişiklik, saç tökülməsi, taxikardiya, baş gicəllənmə əlamətdir. Dəmir qəbul edirsinizsə və səviyyə qalxmırsa, səbəb dərman olmaya bilər. Sorulma problemi, gizli qanaxma və ya B12 çatışmazlığı araşdırılmalıdır.
  • D vitamini çatışmazlığı. Yayda belə mümkündür. Halsızlıq, immunitet zəifliyi, sümük və əzələ ağrıları əsas əlamətlərdir.
  • Hipotiroidizm. Yavaş nəbz, ödem, xolesterin yüksəkliyi və kilo artımı.
  • Maqnezium çatışmazlığı. Əzələ qıcolmaları, yuxusuzluq, ekstrasistoliya və yüksək təzyiq.
Kardiologiya

2. Kardiologiya və Ürək-Damar Xəstəliklərinin Diaqnostikası

Ürək-damar xəstəlikləri dünyada və Azərbaycanda ölüm səbəblərinin birinci sırasındadır. Son illərdə bu xəstəliklər “cavanlaşıb”. 30-40 yaşlı insanlarda infarkt artıq nadir hal deyil. Vaxtında müayinə həyat qurtarır.

Müalicə Olunan Xəstəliklər

  • Ürəyin işemik xəstəlikləri və stenokardiya
  • Miokard infarktı (kəskin və keçirilmiş)
  • Aritmiyalar: atrial fibrilyasiya, ekstrasistoliya, sinus düyününün zəifliyi, bradikardiya, taxikardiya, WPW sindromu
  • Kardiomiopatiyalar (dilatasion, hipertrofik, Takotsubo)
  • Ürək qapaq xəstəlikləri (mitral, aortal, trikuspidal)
  • Ürək çatışmazlığı
  • Perikardit və miokardit
  • Anadangəlmə ürək qüsurları

Kim Mütləq Kardioloji Müayinədən Keçməlidir

  • 40 yaşdan yuxarı kişilər.
  • Menopauza dövründə və erkən menopauza yaşayan qadınlar.
  • 30-35 yaşdan yuxarı qadınlar (irsiyyətdə ürək xəstəliyi, diabet, böyrək xəstəliyi, piylənmə və ya siqaret çəkmə varsa).
  • Ailəsində qəfləti ölüm, infarkt və ya ürək xəstəlikləri olanlar.
  • Diabet, qalxanabənzər vəz xəstəliyi, revmatik xəstəliklər və böyrək xəstələri.
  • İnsult və panikatak diaqnozu qoyulmuş şəxslər.
  • Onkoloji xəstələr (kimyəvi terapiya ürəyə təsir edir).
  • Aktiv idmançılar.
  • Hamilə qadınlar.

Diqqət Edilməsi Vacib Olan Əlamətlər

  • Döş qəfəsində təkrarlanan ağrı, kürəyə və ya çənəyə yayılan ağrı.
  • Ürək döyüntülərinin nizamsızlığı və ya “oynaması”.
  • Təngnəfəslik, xüsusən gecə və ya yatarkən.
  • Bayılma və ya bayılmaönü vəziyyət.
  • Ayaqlarda davamlı ödem.
  • Uzun sürən səbəbsiz öskürək (ürək çatışmazlığının xəbərçisi ola bilər).
  • Aşağı ətraflarda tük tökülməsi (damar tutulmasının erkən əlaməti).
Hipertoniya

3. Arterial Hipertenziyanın (Yüksək Təzyiq) İdarə Olunması

Yüksək təzyiq səssiz qatildir. İllərlə əlamətsiz inkişaf edir, ürəyi, beyni, böyrəkləri və gözləri zədələyir. Təzyiqi kontrol altında olmayanlarda insult və iflic riski 7 dəfə artıqdır.

Təzyiq Rəqəmləri

  • Normal: 120-129 / 80-84 mm c.süt.
  • Yüksək normal: 130-139 / 85-89 mm c.süt.
  • Hipertoniya: 140/90 mm c.süt-dən yuxarı.

Düzgün Təzyiq Ölçməsi Qaydaları

  • Sakit oturun, beli oturacağa söykəyin, 5 dəqiqə istirahət edin.
  • Yemək, dərman və fiziki fəaliyyətdən əvvəl ölçün.
  • Ölçmə zamanı danışmayın, hərəkət etməyin.
  • Manjeti dirsəkdən 1,5-2 sm yuxarı, ürək səviyyəsində bağlayın.
  • 15 dəqiqə fasilə ilə 2-3 dəfə, hər iki qoldan ölçün.
  • Təzyiqi hər 10 dəqiqədən bir ölçməyin. Bu stress yaradır və nəticəni dəyişir.
Vacib xəbərdarlıq: Kankor təzyiq dərmanı deyil. Onu hər təzyiq qalxanda içmək ürək ritmini təhlükəyə atır. Kaptopril yalnız ilk yardımdır, davamlı müalicə deyil. Yüksək təzyiq fonunda Nimesil qəbul etmək təhlükəlidir.

Hipertoniyada İdarəetmə Prinsipləri

  • Təzyiq dərmanı qabaqlayıcıdır, təcili yardım deyil. Qalxmasın deyə qəbul edilir.
  • Təzyiq dərmanı kurs deyil. Bir qutu bitdi deyə müalicə bitmir.
  • Daimi hipertoniya xəstəsi limon, sarımsaq və bitki çayları ilə təzyiqi salmağa çalışmamalıdır. Bu insult, infarkt və qəfləti ölüm riski yaradır.
  • ACE inhibitor qrupundan dərmanlar quru öskürəyə səbəb ola bilər. Bu hal yaranarsa kardioloqla danışın, dərmanı özbaşına dayandırmayın.
Ozonoterapiya

4. Ozonoterapiya (Sistemli Tətbiq)

Ozonoterapiya orqanizmin daxildən bərpasını təmin edən elmi əsaslı müalicə üsuludur. Ən güclü təbii antioksidant olan ozon hüceyrə səviyyəsində bədəni təmizləyir, immuniteti gücləndirir və yaşlanma proseslərinin qarşısını alır.

Necə İşləyir

Autohemo-ozonoterapiyada xəstənin öz qanı götürülür, ozonla zənginləşdirilir və yenidən bədənə qaytarılır. Bu “qan yuyulması” deyil. Məqsəd qanın oksigen daşıma qabiliyyətinin və antioksidant sistemin gücləndirilməsidir. Prosedur yalnız müayinədən sonra və müstəxəssis nəzarəti ilə icra olunur.

İmmunitet və Sistemli Sağlamlıq Üzərində Təsir

  • İmmun sistemi gücləndirir, ağ qan hüceyrələrinin istehsalını artırır.
  • Maddələr mübadiləsini sürətləndirir, xolesterin və trigliserid səviyyəsini azaldır.
  • İnsulin rezistentliyini tənzimləyir.
  • Qan damarlarını genişləndirir, damar tıxanıqlığını aradan qaldırır.
  • Beyin qan dövranını yaxşılaşdırır.
  • Antiviral, antibakterial və antifungal təsiri var.
  • Qaraciyər və bağırsaqları təmizləyir.
  • Diabetik yaraların sağalmasını sürətləndirir.
  • Kimyəvi terapiyanın yan təsirlərini azaldır.
  • Antiage təsiri ilə yaşlanmanın qarşısını alır.
  • Xroniki yorğunluq və yuxu pozğunluqlarında effektivdir.

Tətbiq Sahələri

  • Hipertoniya (xəstəliyin əsas mənbəyinə təsir edərək).
  • Aterosklerozun və damar tutulmasının profilaktikası.
  • Şəkərli diabet və metabolik sindrom.
  • Allergik xəstəliklər (allergik rinit, mövsümi allergiyalar, saç tökülməsi).
  • İmmunitet zəifliyi və tez-tez infeksiyalar.
  • Qaraciyər piylənməsi və toksiki yüklənmə.
  • Erkən qocalma əlamətləri və antiage protokolları.
  • Klimaks dövründə dəstəkləyici terapiya.
  • Burun tıxanıqlığı və xroniki sinusit.
  • Cərrahi əməliyyat və travmadan sonra bərpa.
Diqqət: Ozonoterapiyanın əks göstərişləri var. Hər xəstə üçün uyğun deyil. Prosedurun növü, seans sayı və tətbiq forması yalnız müayinədən sonra fərdi təyin olunur.
Diaqnostika

5. EKQ və Exokardioqrafik Dəyərləndirmə

Düzgün diaqnoz düzgün müalicənin yarısıdır. Mercan Clinic-də Dr. Aytən Yüzbaşıyeva bütün əsas instrumental müayinələri özü icra edir.

Elektrokardioqrafiya (EKQ)

EKQ ürəyin elektrik aktivliyini qeydə alır. Ürəyin “şəklini” deyil, ritmini göstərir. Bir neçə dəqiqə davam edir, ağrısız və zərərsizdir. EKQ ilə təyin olunur:

  • Ürək ritmi və nəbz pozğunluqları.
  • Miokardın işemik dəyişiklikləri.
  • Keçirilmiş və ya kəskin miokard infarktı.
  • Keçiricilik pozğunluqları və blokadalar.
  • Ürək kameralarının yüklənmə əlamətləri.

Exokardioqrafiya (Exo-KQ)

Exokardioqrafiya ürəyin ultrasəs müayinəsidir. Orqanizmə ziyanı yoxdur, invaziv deyil. Exo ilə aşkarlanır:

  • Ürək boşluqlarının ölçüləri və divar qalınlıqları.
  • Ürək əzələsinin yığılma qabiliyyəti.
  • Ürək qapaqlarının vəziyyəti (daralma, çatışmazlıq, prolaps).
  • Perikard mayesinin olub-olmaması.
  • Anadangəlmə və qazanılmış ürək qüsurları.
  • Aortanın və digər damarların vəziyyəti.
  • Ürək daxilində qan axınının sürəti və istiqaməti.

Holter EKQ Monitorinqi

Holter 24-48 saat ərzində ürək ritmini qeyd edən cihazdır. Adi EKQ-də görünməyən aritmiyaları aşkarlayır. Holter tövsiyə olunur:

  • Tez-tez baş gicəllənmə, göz qaralması və bayılmada.
  • İnsult keçirmiş şəxslərdə.
  • Panikatak diaqnozu qoyulmuşlarda (bu çox vaxt gizli aritmiyadır).
  • Davamlı ürək döyüntü şikayətlərində.
  • Aritmiya diaqnozunun dəqiqləşdirilməsində və müalicə izləmədə.

Tredmill-Test (Stress Test)

Fiziki yüklənmə zamanı ürəyin reaksiyasını qiymətləndirən test. İstirahətdə görünməyən pozğunluqları aşkarlayır. Koronar damarlarda daralmanın və müalicə effektivliyinin qiymətləndirilməsində istifadə olunur.

EKQ ürəyin şəklini yox, ritmini göstərir. Exo və EKQ bir-birini əvəz etmir. Bu iki müayinə fərqli məlumat verir və çox vaxt birlikdə təyin olunur. Klinik müşahidə

Hansı Xidmət Sizə Lazımdır?

Şikayətlərinizi qısaca yazın, sizə uyğun müayinə təyin olunsun.

WhatsApp ilə Yazın
💬